Ən böyük arzusu şəhadət olan şəhidimizin anası: “Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam” - FOTO/VİDEO

Ən böyük arzusu şəhadət olan şəhidimizin anası: “Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam” - FOTO/VİDEO
03 Mar 2021 15:29


II Qarabağ müharibəsində qanı ilə tarix yazan şəhidlərimizdən biri də Süleymanov Asim Məhərrəm oğludur. O, 18 fevral 2001-ci il tarixində Gəncə şəhərində doğulub.

2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Asim Füzuli, Ağdərə, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib.

Şəhidimizin anası Rahilə Məmmədova realpress.az-a bildirib ki, şəhadətə ucalmaq Asimin uşaqlıq arzusu olub: “O, Gəncə Dövlət Regional Kollecinin tələbəsi idi. Təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollandı. Çalışdım ki, təhsilini bitirdikdən sonra əsgərliyə getsin, lakin Asim razılaşmadı. Dedi ki, vətənə borcumu verib, qayıtmalıyam. Daha sonra təhsilimi davam etdirərəm”. 

Qəhrəmanımız dörd noyabr tarixində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəzinə ucalıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Süleymanov Asim Məhərrəm oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.