Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb - FOTO

Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb - FOTO
01 Mar 2021 17:36


Çinin milli xəbər agentliyi Sinxua, Çin Mərkəzi Televiziyası və digər media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında vaksin mövzusundakı fikirlərinə geniş yer veriblər.

 Prezident İlham Əliyevin bəzi ölkələrin qeyri-səmimi davranışlarının COVID-19 virusuna qarşı peyvəndlərin dünyada ədalətsiz bölgüsünə gətirib çıxarması, COVAX təşəbbüsü üzrə vaksin paylanmasındakı gecikmələr, istehsalçı və distribüter şirkətlərin sifarişçilər qarşısındakı öhdəliklərini yerinə yetirməməsi barədə dediyi sözlər Çin KİV-lərinin xəbərlərində əksini tapıb.

Çin mediası dövlətimizin başçısının bu bəlaya qarşı birgə mübarizə barədə həmrəylik bəyanatlarına baxmayaraq, praktikada tamamilə əks vəziyyət göründüyü, bəzi ölkələrin onlara lazım olandan 3-4 dəfə çox vaksin alması fikrini vurğulayaraq, digərlərinin vaksinsiz qala biləcəyini yazır.

“Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının vaksinlərin bölgüsü üzrə COVAX təşəbbüsünə lap əvvəldən qoşulub. Bu təşəbbüs üzrə Azərbaycanın almalı olduğu “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndləri hələ də ölkəyə daxil olmayıb”, - deyə Çin mediası yazır.

Çin KİV-ləri Azərbaycan Prezidentinin mətbuat konfransında çinli tərəfdaşların vaksin təchizatına dair öhdəliklərini yerinə yetirməsi barədə xoş sözlərinə də yer veriblər.

Qeyd olunub ki, Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya yanvarın 18-də başlayıb. Vaksinasiya prosesində Çinin “Sinovac” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur.


19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

19 Apr 2024
Siyasət

Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”

“Biz çalışırıq ki, kanak xalqının məsumiyyətini qoruyaq. Lakin Fransanın apardığı siyasət kanak xalqının mədəniyyətini, mənəvi dəyərlərini qorumağa imkan vermir”.