Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
mətbuat türkdilli ictimaiyyətə bununla bağlı məlumat çatdırıb. Bildirilib ki, dörd saatdan çox davam edən mətbuat konfransında 35 media mənsubunun 50-yə yaxın sualını cavablandıran Prezident İlham Əliyev Xocalı soyqırımı, Qarabağ müharibəsi, Ermənistandakı vəziyyət, Azərbaycan-Türkiyə münasibətləri kimi mühüm məsələlərə aydınlıq gətirib.
Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, “A Haber”, NTV telekanalları, “Yeni Şafak”, “Hürriyet”, “Posta”, “Milliyet” və digər qəzetlərdə yer alan informasiyalar videomaterial və orijinal fotolarla təqdim olunub.
Məlumatlar “Azərbaycan Prezidenti Əliyev: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Əliyevdən ordumuza böyük qiymət: Azərbaycanda türk ordusunun kiçik modelini quracağıq”, “Azərbaycan Prezidenti Əliyevdən Ermənistandakı hərbi çevriliş cəhdi haqqında açıqlama!”, “Azərbaycan Prezidenti İlham Əliyev: Türk ordusu bizim üçün ən məqbul modeldir”, “Ərdoğan və Əliyevdən Ermənistana mesaj”, “Azərbaycan Prezidenti Əliyevdən mühüm açıqlamalar” və sair sərlövhələrlə yayılıb.
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Bakının Suraxanı rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Hövsan” yarımstansiyasının açılışında iştirak edib.
“Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilib.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamında dəyişiklik edilib.