Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO

Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olunub - FOTO
01 Mar 2021 09:35


Xorvatiyanın “Vecernjeg lista” (Axşam qəzeti) nəşrinin müxbiri Həsən Heydər Diab Qarabağa səfər edərək geniş reportaj hazırlayıb.

O, gördüklərini fotosübutlarla sənədləşdirib. Jurnalistin təəssüratları təmsil etdiyi media qurumunun saytında öz əksini tapıb.

Əslən bosniyalı olan jurnalist Qarabağ müharibəsinin bütün digər savaşlar kimi ağrılı-acılı və itkilərlə müşayiət olunan bir qarşıdurma olduğunu yazıb.

O, burada Erməni tərəfinin xüsusi qəddarlıq göstərməsi və dinc Azərbaycan şəhərlərini raketlərdən atəşə tutması faktlarını qeyd edib. Diab beynəlxalq hüquqa görə ərazilərin Azərbaycana məxsus olduğunu bir daha xatırladıb. 

İndiyədək bir çox döyüş meydanlarında – Suriya, İraq, Liviya və Livan kimi ölkələrdə olduğunu bildirən jurnalist Qarabağda gördüklərindən dəhşətə gəldiyini gizlətməyib. Bu torpaqlardakı dağıntıların miqyası onu çox təəccübləndirib.

Həsən Heydər həmçinin Qarabağın niyə bu qədər vacib olduğuna da aydınlıq gətirməyə çalışıb. Onun sözlərinə görə, bu bölgə ilk növbədə iqtisadi potensialına görə diqqət çəkir və məhz bu baxımdan həm Ermənistan, həm də Azərbaycan üçün önəmlidir. Jurnalist Qarabağın zəngin təbii ehtiyatlarından, o cümlədən ərazidəki qızıl yataqlarından, meşə ehtiyatlarından da bəhs edib. O təəssüflə bildirib ki, işğal illərində bölgənin bu ehtiyatları vəhşicədinə talan edilib, meşələr kütləvi şəkildə qırılıb.  

Məqalədə Qarabağın tarixinə geniş səyahət edən Diab bu ərazilərin bütün beynəlxalq sənədlərdə Azərbycana məxsus olmasını və 30 ilə yaxın nəticəsiz danışıqların aparılmasını xatırladıb. O, həmçinin işğal illərində bu torpaqlarda dünyanın müxtəlif yerlərindən gətirilən erməni ailələrinin qanunsuz şəkildə məskunlaşdırıldığını qeyd edib.

Sonda məqalə müəllifi azərbaycanlıların öz doğma yurdlarına qayıtmağı necə həsrətlə gözlədiklərini və bu günün uzaqda olmadığını bildirib.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.