“Xocalı: Tarixə Qayıdış” adlı anım tədbiri - FOTO

“Xocalı: Tarixə Qayıdış” adlı anım tədbiri - FOTO
25 Fev 2021 18:05


25 fevral 2021-ci il tarixində Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) və Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə virtual seminar keçirilib.

Tədbir Xocalı faciəsinin qurbanlarını yad etmək, eləcə də bu faciənin insanların həyatında qoyduğu dərin izləri xatırlamaq və Xocalının müasir gənclər üçün nə demək olduğunu başa düşmək məqsədilə baş tutub.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov əvvəlcə birinci Qarabağ müharibəsinin nəticələri və Xocalı faciəsi haqqında danışıb, daha sonra isə 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması və qələbəmizdən söhbət açaraq bunun ölkəmiz üçün nə demək olduğunu iştirakçılarla bölüşüb. Keçmiş köçkün olan millət vəkili həmçinin gənclərin 2-ci Qarabağ müharibəsindəki fəallığı, Xocalı soyqırımın həm ölkəmizdə, həm də xaricdə təbliği ilə bağlı görülən işlərdə gənclərin rolunu vurğulayıb. Daha sonra çıxış edən ADA Universitetinin professoru Gülməmməd Məmmədov müharibə ilə bağlı öz təcrübələrini bölüşüb və məcburi köçkün kimi yaşadığı çətinlikləri, təhsil almaq üçün çəkdiyi əziyyətləri gənclərə anlatıb.

Tədbir çərçivəsində, həmçinin, Milli Qəhrəman Tofiq Hüseynovun qızı, Xocalı şahidi Əfsanə Ələkbərova Xocalı ilə bağlı xatirələrini tədbir iştirakçılarına danışıb, dəhşətli əzablardan keçərək sağ qaldığı və heç vaxt unuda bilməyəcəyi Xocalı soyqırımının təbliğatı və tanıdılması üçün gənclərin fəaliyyətinin vacib olduğunu bildirib. Daha sonra çıxış edən 2-ci Qarabağ müharibəsinin qaziləri gənclərə öz tövsiyələrini vermiş və vətən uğrunda döyüşərək Xocalının qisasının döyüş meydanında alındığından söhbət açıblar. Tədbir maraqlı sual-cavab sessiyasından sonra yekunlaşıb.  


15 Apr 2021
Cəmiyyət

Nazirlər Kabinetindən büdcə gəlirləri ilə bağlı QƏRAR

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərara dəyişiklik edilib.

15 Apr 2021
Cəmiyyət

Ramiz Mehdiyevi məhkəməyə verən direktor işinə qayıtdı - AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında bir müddət əvvəl tutduğu vəzifədən azad edilmiş Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev vəzifəsinə bərpa olunub. Bu barədə Əlövsət Quliyev öz sosial şəbəkə hesabında məlumat verib:

15 Apr 2021
Cəmiyyət

YAP-dan etiraz olaraq istefa verdiyini deyən şəxs hələ 2020-ci ildə partiyadan xaric edilib

Son günlər sosial şəbəkələrdə özünü Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi təqdim edən Xəlilov Elvar Mirzəələkbər oğlunun Cəmil Həsənliyə görə partiyadan istefa verməsi barədə spekulyativ məlumatlar yayılmaqdadır.

15 Apr 2021
Cəmiyyət

“Zəfər yolu”nun inşası sürətlə davam etdirilir - FOTO

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. 

15 Apr 2021
Cəmiyyət

Zəngəzur dəhlizi reallaşma mərhələsində: Azərbaycana böyük iqtisadi potensial vəd edir - ŞƏRH

“Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin strateji əhəmiyyətini də artıracaq”.