Boston şəhəri 26 fevral tarixini Xocalı qətliamının 29-cu ildönümü günü elan edib - FOTO

Boston şəhəri 26 fevral tarixini Xocalı qətliamının 29-cu ildönümü günü elan edib - FOTO
25 Fev 2021 17:31


ABŞ-ın Massaçusets ştatının Boston şəhərinin meriyası Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar proklamasiya dərc edib.

Şəhərin meri Martin Ualş tərəfindən imzalanan proklamasiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun 366-cı alayının dəstəyi ilə erməni silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğın nəticəsində 613 günahsız vətəndaşın, o cümlədən 106 qadının, 83 uşağın və 70 ahıl vətəndaşın öldürülməsindən danışılır.

Qeyd olunur ki, səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1 275 nəfər girov götürülüb. Sənəddə qeyd edilir ki, “Human Rights Watch” hüquq-müdafiə təşkilatının əlindəki dəlillərə əsasən, Xocalı soyqırımı 1990-cı illərin ən böyük qətliamıdır. Xocalı qətliamının Amerikanın 20 ştatı tərəfindən tanındığı qeyd olunur. Xocalı hadisələrinin dəhşətli itkilərdən xəbər verdiyi, habelə bütün dünyada insanların bir-birini daha yaxşı başa düşməsinin və onların tolerantlığının vacib olduğunu göstərdiyi üçün mer Martin Ualş 2021-ci il fevralın 26-nı Boston şəhərində Xocalı qırğınının 29-cu ildönümü günü elan edib.

Sənəd Massaçusets ştatında yerləşən Yeni İngiltərənin Azərbaycan Mərkəzinə təqdim olunub. Qeyd edək ki, hazırda ABŞ Azərbaycanlıları Şəbəkəsi Amerika ictimaiyyətinin Xocalı qətliamı haqqında məlumatlandırma kampaniyasını keçirir.

 


25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.

25 Apr 2024
Cəmiyyət

Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov 25 aprel - Sahibkarlar Günü ilə bağlı iş adamlarını təbrik edib.