Rusiyalı idmançılar atletlərimizin yarışacağı Avropa çempionatına buraxılmayacaq

Rusiyalı idmançılar atletlərimizin yarışacağı Avropa çempionatına buraxılmayacaq
25 Fev 2021 14:16


Rusiyalı idmançılar 5-7 mart tarixlərində Polşanın Torun şəhərində keçiriləcək atletika üzrə qapalı məkanda Avropa çempionatında iştirak edə bilməyəcək.

realpress.az xəbər verir ki, buna səbəb Rusiyadan olan idmançıların Səlahiyyətli Neytral Atletlər (ANA) qismində iştirakına icazə verilməməsidir.

Ümumiyyətlə, Dünya Atletikası Ümumrusiya Yüngül Atletika Federasiyasının və ya ANA-nın statusunu ən yaxşı halda 17-18 martda keçiriləcək növbəti iclasında təsdiqləyə bilər. Həmin iclasda rusiyalı atletlərin 10-dan çox idmançısına Dünya Atletika Seriya yarışlarında iştirakına icazə verilib-verilməməsi müzakirə olunacaq.

Qeyd edək ki, Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti Dmitri Şlyaxtin, eləcə də qurumun rəhbər əməkdaşlarından Aleksandr Parkin, Artur Kərəmyan, Yelena Orlova və Yelena İkonnikova 2018-ci ilin avqustunda dopinqə düşmüş Daniil Lısenkonun sənədlərini saxtalaşdırmaqda ittiham olunublar və dörd il müddətinə idman fəaliyyətindən kənarlaşdırılıblar.

Sözügedən qurum bundan sonra üç prezident dəyişib. Əvvəl Yevqeniy Yurçenko (28 fevral - 13 iyul 2020), daha sonra Pyotr İvanov (30 noyabr 2020 - 13 fevral 2021) quruma rəhbərlik edib. İvanovun istefasından sonra federasiyaya rəhbərliyi vitse-prezident olan qaçış üzrə Olimpiya, dünya və Avropa çempionu İrina Privalova icra edir.

Onu da bildirək ki, sözügedən Avropa çempionatında Azərbaycan millisinin də iştirakı planlaşdırılır. Məsələn atletikanın üçtəkanla tullanma növündə ölkəmizi qapalı məkanda analoji turnirin son qalibi (2019-cu il, Qlazqo) Nazim Babayev təmsil edəcək.


25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.

25 Apr 2024
İdman

Dünya kubokunda iki gimnastımız yarışacaq - FOTO

Azərbaycan bədii gimnastları Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Dünya kubokunda iştirak edəcəklər.

25 Apr 2024
İdman

Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

23 Apr 2024
İdman

Ülviyyə Fətəliyevadan ardıcıl 4-cü qələbə ilə liderlik

Qadın şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib.