Baş prokurorluq Sevil Atakişiyevanın intihar faktı ilə bağlı məlumat yaydı

Baş prokurorluq Sevil Atakişiyevanın intihar faktı ilə bağlı məlumat yaydı
22 Fev 2021 17:16

Bu gün Bakı şəhəri Xətai rayon prokurorluğunda 2001-ci il təvəllüdlü Sevil Atakişiyevanın intihar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan 125-ci maddəsi ilə cinayət işi açılıb.

Baş prokurorluqdan verilən məlumata görə, 2001-ci il təvəllüdlü Atakişiyeva Sevil Samir qızının fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilmiş binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanmış materiallar əsasında Xətai rayon prokurorluğunda CM 125-ci maddəsi ilə cinayət işi açılıb.

Baş prokurorluğun mətbuat xidmətindən həmçinin hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirlərinin həyata keçirildiyini bildiriblər.


23 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

23 Apr 2024
Cəmiyyət

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

23 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah-sursat tapılıb.