Millimizin məşqçisinin qızı rəqsi ilə Moskvanı heyran qoydu - VİDEO

Millimizin məşqçisinin qızı rəqsi ilə Moskvanı heyran qoydu - VİDEO
22 Fev 2021 17:14


Bədii gimnast Lalə Kramarenko öz rəqsi ilə Rusiyanı heyran edib.

realpress.az-ın xəbərinə görə, 19-21 fevral tarixlərində Rusiyanın paytaxtı Moskvada bədii gimnastika üzrə Qran-Pri yarışı keçirilib.

17 ölkənin mübarizə apardığı turnirdə Azərbaycan təmsil olunmasa da, Kramarenko Rusiya millisinin üzvü kimi iştirak edib. Yarışda bürünc medal qazanan Kramarenko yarışdan sonra keçirilmiş qala-konsertdə öz rəqs bacarığını da nümayiş etdirib.

İrina Viner-Usmanova adına Gimnastika Sarayında keçirilən yarışda 16 yaşlı Lalə türk müğənnisi Tarkanın “Şımarık” mahnısı fonunda gözəl rəqs edib. Həmçinin o, pianoda klassik musiqinin müşayiəti ilə rəqs bacağını göstərib. 

Qeyd edək ki, Lalə Kramarenko Moskvada doğulub. O, futbol millimizin və Rusiyanın ÇSKA klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır. Onun digər bacısı tennislə məşğuldur.

Səbuhi Musayev

28 Mar 2024
İdman

Azərbaycanın dörd boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazandı

Azərbaycanın daha dörd kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.

27 Mar 2024
İdman

Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Avropa Oyunları 2027-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək.

27 Mar 2024
İdman

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

26 Mar 2024
İdman

Azərbaycanın iki qadın boksçusu Bakıdakı turnirdə finala vəsiqə qazanıb

Bakıda qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turnirində yarımfinal mərhələsi başa çatıb.

26 Mar 2024
İdman

Azərbaycanın 5 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəldi

Bakıda kişi və qadın boksçular arasında “Böyük İpək Yolu” beynəlxalq turniri davam edir.