Kəlbəcərə yeni yolun çəkilişinə nə vaxt başlanılacaq? - AÇIQLAMA

Kəlbəcərə yeni yolun çəkilişinə nə vaxt başlanılacaq? - AÇIQLAMA
22 Fev 2021 12:06


Kəlbəcərə hələ ki Gəncə-Göygöl-Toğana kəndindən keçən yolla getmək mümkündür. 

realpress.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib. 

O deyib ki, tarixi Kəlbəcər yolu olan Tərtər-Ağdərə-Kəlbəcər yolundan istifadə edə bilmirik:

“O yoldan hələ ki sülhməramlılarla birgə keçə bilirik. Lakin ölkə başçısı Azərbaycan xalqının rahat gediş-gəlişi üçün yeni yolun çəkilməsini tapşırıb. 

“Ev yolu” adlandırılan bu yol 3263 metr yüksəklikdə olan Ömər zirvəsindən keçəcək. Yol birinci texniki dərəcəyə uyğun və 4 zolaqlı olacaq. Bu yol üzərində hazırlanan layihə artıq hazırdır. Ölkə başçısına təqdim olunacaq.

Yəqin ki, təsdiq olunduqdan və yolun inşasında çalışacaq şirkətlər dəqiqləşdiqdən sonra bu ilin mart ayından Kəlbəcərə yeni yolun çəkilişinə başlanılacaq”.


25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.