“Qəribə təsadüf”ün “Jenya”sı həyatla vidalaşdı - FOTO

“Qəribə təsadüf”ün “Jenya”sı həyatla vidalaşdı - FOTO
18 Fev 2021 15:09


Sovet və Rusiya aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Çexov adına Moskva İncəsənət Teatrının mətbuat xidməti məlumat verib.

Teatr və kino aktyoru, rejissor Andrey Vasilyeviç Myaqkov 1975-ci ildə Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (“İroniya sudbı, ili s leqkim parom”) filminin nümayişindən sonra populyarlaşıb. Bundan başqa aktyor “İşdə məhəbbət macərası” (“Slujebnıy roman”) komediyasında “Novoseltsev” rolu ilə tamaşaçılar tərəfindən sevilib.

O, həmçinin son illərdə “Oxatan Fedot haqqında əhvalat”, “32 dekabr”, “Duman səpələnir”, “Qəribə təsadüf-2” (davamı), “Qış gecəsi kim gəlir?” və sair filmlərdəki rolları ilə tamaşaçıların qəlbini fəth etmişdi.


6 Noy 2023
Mədəniyyət

“Avroviziya 2024” mahnı müsabiqəsinə seçim davam edir - FOTO

“Avroviziya 2024” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək iştirakçının seçimləri başlayıb.

15 İyun 2022
Mədəniyyət

Leyla Əliyeva Cenevrədə “Mənim dənizlərim, mənim okeanlarım” sərgisinin açılışında iştirak edib

Heydər Əliyev Fondunun və IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) İctimai Birliyinin təşəbbüsü, Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə şəhərindəki bölməsi və Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi yanında daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilən “Mənim dənizlərim, mənim okeanlarım” (My Seas, My Oceans) sərgisinin açılışı olub.

14 İyun 2022
Mədəniyyət

Azərbaycanda kinoşünaslar üçün yeni sayt yaradılıb

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

14 İyun 2022
Mədəniyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqı Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) təşkilatın sədri Xalq artisti Rasim Balayevi tənqid edənlərə xəbərdarlıq edib.