Uhanlı həkimdən etiraf: “Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik”

Uhanlı həkimdən etiraf: “Minlərlə insan COVID-19-a yoluxanda biz onların sayını 41 göstərdik”
27 Yan 2021 16:43


Keçən il yanvarın əvvəlində koronavirus pandemiyasının Uhan bölgəsində ilk dəfə başladığı zaman Çin səlahiyyətliləri açıqlama verməmək və maska taxmamaqla bağlı həkimlərə xəbərdarlıq edib.

Bu barədə Uhan xəstəxanasında işləyən həkim BBC-nin “54 Gün” adlı sənədli filmində bildirib.

Qeyd edilir ki, Çində virus müəyyən ediləndən 52 gün sonra Uhana gediş-gəliş bağlanıb. Çinin koronavirusla bağlı xəbərləri ört-basdır etməsi şübhələri artırır. Adı gizli saxlanan həkim təxminən bir il əvvəlki hadisələri xatırlayaraq tənəffüs xəstəlikləri şöbəsinin 10 yanvar 2020-ci il tarixində dolu olduğunu deyir:

“Hər şey nəzarətdən çıxmışdı, təlaşa düşmüşdük”.

Onun sözlərinə görə, virusun yoluxucu olduğunu hamı bilirdi:

“Nə qədər axmaq olsan ki, bunu anlamayasan. Bu vəziyyət bizi çox təəccübləndirdi və əsəbiləşdirirdi”.

Bir neçə həftə ərzində yüzlərlə, bəlkə də minlərlə şübhəli yoluxmaların olduğunu deyən həkim o zamana qədər yalnız 41 yoluxmanın bildirildiyini qeyd edib.

Amerikalı virusoloq Lan Lipkin deyib ki, virus haqqında şayiələr gəzməyə başladığı üçün ilin əvvəlində Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) rəhbəri Corc Qao ilə danışıb. Qao isə ona deyib ki, onun özündə də virus aşkar ediblər, amma çox yoluxucu deyil.

Qeyd edək ki, təxminən 1,5 milyard əhalisi olan Çində bu zamana qədər 89 272 nəfərdə koronavirus aşkarlanıb, 4 636 nəfər bu virusdan ölüb.

17 Apr 2024
Dünya

Qazaxıstanda 117 mindən çox insan təxiliyə edilib

Qazaxıstan xilasediciləri daşqınlar səbəbindən 117 mindən çox insanı məskunlaşmış ərazilərdən təxliyə ediblər.

17 Apr 2024
Dünya

Tbilisidə atışma olub: Yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub, üç nəfər yaralanıb.

17 Apr 2024
Dünya

Azərbaycanın güləş yığmaları Avropa çempionatına hazırlaşır

Azərbaycanın yunan-Roma və sərbəst güləş üzrə U-15 milliləri Avropa çempionatına hazırlaşır.