Bakıya yeni qaz sayğacları gətirilir - Funksiyaları AÇIQLANDI

Bakıya yeni qaz sayğacları gətirilir - Funksiyaları AÇIQLANDI
26 Yan 2021 17:05


“Azəriqaz” İstehsalat Birliyi son 10 ildə iki növ sayğacdan istifadə edir: Mexaniki-elektron və əvvəldən ödənişli (smart-tipli) sayğaclardan. Ən müasir əvvəldən ödənişli (smart-tipli) 60 min ədəd sayğac gələn ay Bakı şəhərinə gətiriləcək”. 

Bunu “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

“Bu sayğacların da paylanmasına və quraşdırılmasına başlanılacaq. Yeni smart-tipli sayğacların əvvəlkilərdən daha çox funksiyası mövcuddur. Abonentləri narahat edən bloka düşmə, kartın oxunmaması, kartda rəqəmlərin görünməməsi və s. proseslər bu sayğaclarda yoxdur.

Həmçinin mexaniki-elektron tipli sayğaclara da əlavə xüsusi qurğular quraşdırılır. Həmin avadanlıq vasitəsilə sərfiyyatın kənardan görünməsi, borclu abonentlərin qazının açılıb-bağlanması proseslərini həyata keçirəcəyik. Həmin sayğaclar onlayn rejimdə olacaq. 

Köhnə smart-tipli sayğaclarda biz sərfiyyatı görə bilmirdik. Həmin smart-tipli sayğaclardan imtina etməmişik. Abonentlərimizi narahat edən məsələyə də həssaslıqla yanaşırıq”.


24 Apr 2024
Cəmiyyət

Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək

Gələn ay işğaldan azad edilən Şuşa şəhərinə 50 məcburi köçkün ailəsinin köçürülməsi planlaşdırılır.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.