ÜST nümayəndəsi üzv ölkələrə səsləndi

ÜST nümayəndəsi üzv ölkələrə səsləndi
26 Yan 2021 15:08


Ölkələr ikitərəfli razılaşmalardan daha çox bərabər miqdarda koronavirus peyvəndi tədarükünə diqqət yetirməlidirlər.

Bunu TASS-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vuynoviç deyib:

“İndi ilk partiya peyvəndlərin satışına başlanır. Ölkələrə bərabər paylanma şansı ciddi risk altındadır”.

Vuynoviçin sözlərinə görə, hamı peyvəndlə müdafiə olunana qədər koronavirusla mübarizə məqsədilə sosial və tibbi tədbirlərə riayət etməyə ehtiyac duyulur.

O qeyd edib ki, peyvənd özü də pandemiyanı tamamilə dayandıra biləcək dərman deyil, ancaq xəstəliyin yükünü azalda və bir çox insanın həyatını xilas edə bilər.

ÜST nümayəndəsi hamının vaksinasiya olunması üçün vaxtın tələb edildiyini vurğulayıb.

18 Apr 2024
Dünya

Qazaxıstanda daşqınlar nəticəsində 7 nəfər ölüb.

18 Apr 2024
Dünya

Rusiyada neft anbarının yaxınlığında güclü yanğın baş verib - VİDEO

Rusiyanın Voronej vilayətində neft anbarı yaxınlığında güclü yanğın baş verib.

18 Apr 2024
Dünya

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.