İsraildə peyvənd olunan 20 nəfər koronavirusa yoluxub

İsraildə peyvənd olunan 20 nəfər koronavirusa yoluxub
26 Yan 2021 14:42

İsraildə koronavirus peyvəndinin ikinci dozası vurulan insanların virusa yoluxma nisbətlərinə dair araşdırmanın nəticələri açıqlanıb.

İsrailin Makkabi Səhiyyə Xidməti ölkədə kütləvi vaksinasiyada istifadə olunan "Pfizer/Biontech" peyvəndinin ikinci dozasını alan insanlar arasında infeksiyanın yayılma nisbəti ilə bağlı apardığı araşdırmanın nəticələrini ictimaiyyətlə bölüşüb.

Araşdırmanın nəticələrinə görə, peyvəndin ikinci dozası tətbiq edilən 128 min 600 nəfərdən bir həftə sonra yalnız 20-nin koronavirusa yoluxduğu bildirilir. Bu isə ikinci doza peyvənd olunan şəxslər arasında 0,015 faizlik yoluxma nisbəti deməkdir.

Araşdırmada iştirak edən mütəxəssislərdən biri Anat Ekka Zohar yerli mətbuata verdiyi açıqlamada, virus aşkarlanan 20 nəfərdən heç birində 38.5 dərəcədən yuxarı temperaturun qeydə alınmadığını və onların xəstəxanaya yerləşdirilmədiklərini bildirib.

Zohar bunun peyvənd olunan şəxslərdə yoluxmaya baxmayaraq, peyvəndin xəstəliyin ciddiləşməsinin qarşısını aldığına işarə ola biləcəyini bildirib.

Qeyd edək ki, İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, ölkə üzrə peyvəndlənmənin ilk dozası 2 milyon 637 min 279 nəfərə, ikinci dozası isə 1 milyon 189 min 813 nəfərə tətbiq edilib


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.