Ermənistan Xarici İşlər Nazirliyində kütləvi istefalar

Ermənistan Xarici İşlər Nazirliyində kütləvi istefalar
26 Yan 2021 14:21


Ermənistan Xarici İşlər Nazirliyində peşəkar diplomatların narazılığı artır, onlar kütləvi şəkildə istefa ərizələri yazırlar.

Bu barədə Ermənistanın “Past” qəzeti məlumat yayıb.

Nəşr vurğulayıb ki, Ermənistan Xarici İşlər Nazirliyinə artıq 10-dan artıq istefa ərizəsi göndərilib.

“Xarici İşlər Nazirliyinin nümayəndəsi qəzetə verdiyi açıqlamada istefaların Ermənistan hakimiyyətinin anlaşılmaz xarici siyasəti və Paşinyanın Lilit Makunts da daxil olmaqla bir sıra siyasi xadimləri səfir təyin etmək istəyi ilə əlaqəli olduğunu qeyd edib. Təcrübəli və peşəkar diplomatlar Nikol Paşinyan tərəfindən bu sahədə siyasi və rüsvayçı sayılacaq dərəcədə zəif təyinatlardan narazıdırlar”, - deyə qeyd edilib.

“Əldə etdiyimiz məlumata görə, Xarici İşlər naziri Ara Ayvazyan ilə Nikol Paşinyan arasındakı münasibətlər də isti deyil, çünki bu qısa müddət ərzində Ayvazyan baş nazirin yanaşması ilə razılaşmadığını bir neçə dəfə açıq şəkildə ifadə edib. Yaxın gələcəkdə Ayvazyanın özünün də istefasının mümkün olması barədə məlumatımız var”, - deyə  məqalədə vurğulanıb.

23 Apr 2024
Siyasət

Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”

“Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir.

23 Apr 2024
Siyasət

İlham Əliyev: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”

“Türkiyə ilə bizi nəinki müttəfiqlik Bəyannaməsi, həmçinin bir çox digər məsələlər birləşdirir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır”.

23 Apr 2024
Siyasət

Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”

“Artıq söylədiyim kimi, “Dağlıq Qarabağ” amili artıq yoxdur. Onlar (ermənilər – red.) onun sülh sazişində olmamasına razılaşıblar. Bu o deməkdir ki, əsas maneə artıq mövcud deyil”.

23 Apr 2024
Siyasət

Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”

“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.