Gürcüstan beynəlxalq uçuşları bərpa edir

Gürcüstan beynəlxalq uçuşları bərpa edir
22 Yan 2021 15:30


Gürcüstan fevralın 1-dən etibarən müntəzəm uçuşları bərpa edəcək.

“Sputnik”in məlumatına görə, bu barədə ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava bəyan edib.

Onun sözlərinə görə, uçuşlara təhlükəsizlik tədbirləri və tibbi protokollar nəzərə alınaraq icazə veriləcək.

Nazir həmçinin bildirib ki, hazırda müxtəlif ölkələrdən Gürcüstana səfərlərin necə sadələşdirilməsi məsələsi barədə müzakirələr aparılır.

“Artıq yaya qədər bütün turistləri qəbul edə biləcəyik”, - deyə Turnava sözlərini yekunlaşdırıb.

Yeri gəlmişkən qeyd edək ki, Tbilisidə ictimai nəqliyyat və təhsil müəssisələri cari ilin martın 1-dən işlərini bərpa edə biləcəklər. Şəhərlərdəki bütün açıq və qapalı bazarlar fevralın 15-dən açılacaq.

Bundan başqa Kutaisi və Rustavi şəhərlərində də məhdudiyyətlər götürüləcək.

Batumi, Zugdidi, Gori, Poti və Telaviyə gəlincə, burada ictimai nəqliyyat, məktəblər, mağazalar və ticarət mərkəzlərinin işi fevralın 1-dən bərpa olunacaq.

Gürcüstanda gecə hərəkətinə qoyulan qadağa isə martın 1-dək uzadılıb.

Bundan başqa, nəqliyyatdan istifadəyə icazə verilən şəhərlərdə (Batumi, Zugdidi, Gori, Poti və Telavi - red.) hərəkətliliyi məhdudlaşdırmaq üçün nəqliyyat həftə sonları işləməyəcək, mağazalar və iaşə obyektləri isə onlayn rejimdə fəaliyyət göstərəcək.

16 Apr 2024
Dünya

Liviya neft hasilatına görə Afrikada lider oldu

Liviya son 10 ildə ilk dəfə olaraq Nigeriyanı keçərək neft hasilatına görə Afrikada birinci ölkə olub.

16 Apr 2024
Dünya

Finlandiyadan Rusiya ilə bağlı sərhəd qərarı

Aprelin 15-dən etibarən Finlandiya Rusiya ilə quru sərhədləri ilə yanaşı, dəniz keçid məntəqələrini bağlayıb.

16 Apr 2024
Dünya

İtaliya Tehrandakı konsulluğunu bağladı

İtaliyanın Tehrandakı Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər ictimaiyyət üçün bağlı olacağını açıqlayıb.

16 Apr 2024
Dünya

Rusiya və Tacikistan birgə hərbi təlimlərə başladı

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.

16 Apr 2024
Dünya

İsrail Rəfaha hərbi hücumunu təxirə saldı

İranın İsrailin hərbi obyektlərinə hücumundan sonra rəsmi Tel-Əviv Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatı təxirə salıb.