Üzeyir Hacıbəylinin əsərləri əsasında Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub

Üzeyir Hacıbəylinin əsərləri əsasında Beynəlxalq bəstəkarlar müsabiqəsi elan olunub
18 Yan 2021 17:59


Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti ilə Azərbaycan–Amerika Musiqi Fondunun birgə təşəbbüsü əsasında 15 yanvar 2021-ci il tarixindən Üzeyir Hacıbəyli adına Beynəlxalq bəstəkarlar müsabiqəsi elan edilib. 

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Müsabiqənin məqsədi dahi Azərbaycan bəstəkarının əsərlərini plagiatdan qorumaq, dünyada Üzeyir Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Müsabiqənin şərtlərinə görə, Üzeyir bəyin əsərlərindən seçilmiş 10 melodiyanın biri və ya bir neçəsinin əsasında orijinal əsərin yazılması və adlıqda mənbənin vurğulanmasıdır. Sənədlər, əsərin çap olunmuş elektron variantı və səs yazısı 1 iyul 2021-ci il tarixinə qədər qəbul olunacaq.

Müsabiqənin mükafat fondu 3.500 ABŞ dollarıdır. Qaliblərin əsərləri ABŞ-da nəşr ediləcək və Nyu-Yorkun məşhur Linkoln mərkəzində ifa olunacaq.   

Müsabiqədə iştirakla bağlı ətraflı məlumatı https://nmgcs.co/competition-about/ linki vasitəsilə almaq mümkündür.

19 Apr 2024
Cəmiyyət

Zaur Mikayılov Zaqatalada vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

19 Apr 2024
Cəmiyyət

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonla danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.

19 Apr 2024
Cəmiyyət

Aprelin 20-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Xəzərdəki təlimindən görüntülər - FOTO/VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

19 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb.