Nazir müavini şəhid ailələrinə evlərin hansı dövrdə veriləcəyi məsələsinə aydınlıq gətirdi

Nazir müavini şəhid ailələrinə evlərin hansı dövrdə veriləcəyi məsələsinə aydınlıq gətirdi
18 Yan 2021 14:12


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid ailələrinə mənzillərin hansı dövrdə veriləcəyi məsələsinə münasibət bildirib.

realpress.az-ın məlumatına görə, bununla bağlı Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında danışıb. 

Onun sözlərinə görə, hazırda bir neçə istiqamətdə dəqiqləşmə aparılır:

“Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsində şəhid ailələrinə mənzillərin verilməsi növbəlilik şəkildə davam edir, Vətən müharibəsindən əvvəl onlarla bağlı proqram nəzərdə tutulub. Vətən müharibəsi bitəndən sonra həmin kontingentdən olan ailələr də dəqiqləşdirilir”.

“Mənzillərin hansı mərhələdə verilməsi ilə bağlı yəqin ki, yanvarda proqram təsdiq olunacaq. Burada maliyyə yükü, rəqəmlərlə bağlı dəqiqləşmə aparılır. Əminəm ki, həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində olan şəhid ailələri qısa müddətdə çox gözəl evlərlə əhatə olunacaq”, - deyə o əlavə edib.


18 Apr 2024
Cəmiyyət

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır

2021-ci il yanvarın 30-da Ağdamda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz fəaliyyətini dayandırır.

18 Apr 2024
Cəmiyyət

Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir

Milli Məclisdə “Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş konfrans təşkil olunub.

18 Apr 2024
Cəmiyyət

İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb

“Böyük Qayıdışa dair I dövlət proqramı çərçivəsində azad olunan ərazilərdə hazırda beş ümumi təhsil müəssisəsi fəaliyyət göstərir”.

18 Apr 2024
Cəmiyyət

Naxçıvanda təhsil ilə bağlı YENİLİKLƏR

“Bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikasında da ilk dəfə təhsilverənlərin sertifikatlaşdırma imtahanı keçiriləcək”.

18 Apr 2024
Cəmiyyət

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb.