Türkiyədən Azərbaycana siklon gəlir: Çovğun olacaq

Türkiyədən Azərbaycana siklon gəlir: Çovğun olacaq
18 Yan 2021 13:55


Yaxın günlər ərzində Azərbaycanda hava şəraiti dəyişəcək. Bunun səbəbi Türkiyədən hərəkət edən siklonun ölkə ərazisinə keçməsi ilə bağlıdır.

Bunu realpress.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yanvarın 19-u axşam saatlarında soyuq atmosferin paytaxta yaxınlaşması nəticəsində hava şəraiti dəyişəcək:

“Yağış olacaq. Sonrakı günlərdə yağıntının sulu qar və qara keçəcəyi gözlənir. Qeyri-sabit hava şəraiti yanvarın 21-i axşama kimi davam edəcək. Bu müddət ərzində şimal-qərb küləyinin sürəti saniyədə 15-25 metrə çatacaq”.

O bildirib ki, paytaxtda havanın temperaturunun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir:

“Hava şəraiti ilə bağlı yanvarın 20-də gecə, ayin 21-də isə səhər və axşam saatlarında çovğun olacağı gözlənilir. Yanvarın 21 və 22-də şəhərətraflı yolların buz bağlanması istisna olunmur”.

U.Tağıyeva qeyd edib ki, bu gün axşam saatlarından başlayaraq qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağış və qar yağması gözlənilir:

“Yanvarın 19-dan 21-i gündüzə kimi proses bütün ölkəni əhatə edəcək. Bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur. Şimal-qərb küləyinin gücü saniyədə 21-28 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 10 dərəcədə aşağı enəcəyi proqnozlaşdırılır. Dağlıq və dağətəyi yollar buz bağlayacaq”.


28 Mar 2024
Cəmiyyət

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb.

28 Mar 2024
Cəmiyyət

Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ilk Qədr (əhya) gecəsidir.

28 Mar 2024
Cəmiyyət

Nazir: “Strateji sahələrin təmsilçilərinə təbriklərimizi çatdırırıq” - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik edib.

28 Mar 2024
Cəmiyyət

Xətaidə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.