Prokurorluq gənc hüquqşünasları işə dəvət edir

Prokurorluq gənc hüquqşünasları işə dəvət edir
18 Yan 2021 12:48


Prokurorluq orqanlarında gənc mütəxəssislərin tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir. 

Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə 15.04.2020-ci il tarixdə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu 01.02.2021-ci il tarixdə saat 18:00-da başa çatacaqdır.

Prokurorluq orqanlarında işləmək istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar ölkə ərazisində koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən elan edilmiş xüsusi karantin rejimi qaydalarına uyğun olaraq sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi nəzərdə tutulduğundan tələb olunan sənədlərin fotosurətini Baş Prokurorluğun [email protected] elektron poçt ünvanına göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər. Sənədlərin qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi və yeri barədə məlumat kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun rəsmi veb-saytında və sosial şəbəkələrdəki səhifələrində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az, @prokurorluq) veriləcəkdir. 

Sənəd qəbulu ilə bağlı əlavə suallarınız olduğu halda 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlarla məlumat əldə edə bilərsiniz.

19 Apr 2024
Cəmiyyət

Kəlbəcər dağlarının əhatəsində futbol keyfi - VİDEO

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin futbol oynamaları diqqət çəkib.

19 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbara və qumbaraatan aşkarlayıblar.

19 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

19 Apr 2024
Cəmiyyət

Mikayıl Cabbarov Andreas Rayxhardt ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyində Avstriyanın maliyyə nazirinin müavini Andreas Rayxhardt və “Grabher Group” şirkətinin baş direktoru Günter Qraberlə görüş keçirilib.