“2020-ci ildə də sosial təminat növləri üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat, o cümlədən pensiya üzrə 20 faiz, prezident təqaüdü və müavinət üzrə 18 faiz, ünvanlı sosial yardım üzrə 41 faizdən çox vəsait yönəldilib”.
realpress.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Nazir müavini dövlət başçısının Fərmanları ilə şəhid ailələri və müharibə iştirakçılarına növbəti dəstək kimi, cari ilin əvvəlindən onlara yönələn təqaüdlərin əhəmiyyətli dərəcədə artırıldığını, yeni təqaüd növlərinin təsis edildiyini, 100 minədək insanın bu fərmanlarla əhatə olunduğunu qeyd edib.
O, ötən il sosial ödənişlərin davamlılığının təmin olunduğunu, ünvanlı sosial yardım proqramının genişləndiyini, bu proqrama əlçatanlığın artırıldığını və proqramın şərtlərinin yumşaldıldığını bildirib.
Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.
“2014-cü ildən başlayaraq təhsil sistemində olimpiadalara yeni yanaşma tətbiq olundu. Sonrakı mərhələdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirildi”.