Slovakiyada koronavirusa qarşı yenidən kütləvi testlər həyata keçiriləcək

Slovakiyada koronavirusa qarşı yenidən kütləvi testlər həyata keçiriləcək
18 Yan 2021 10:12

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Slovakiyada karantin qaydaları sərtləşdiriləcək. Baş nazir İqor Matoviç hökumətin növbədənkənar iclasından sonra elan edib ki, yanvarın 18-dən etibarən ölkədə kütləvi testlərə yenidən start veriləcək. Testlərin ilk mərhələsindən sonra işə çıxmaq istəyənlər yalnız müvafiq test arayışı ilə iş yerinə buraxılacaq. İndiyədək mövcud olan sərt karantin rejimi vaxtı gündəlik alış-veriş istisna olmaqla evi tərk etmək üçün yeganə səbəb iş yerinə getmək idi.

Səhiyyə naziri Marek Krayçi isə məsələni daha aydın şəkildə izah edərək bildirib ki, “könüllü“ test imkanı yanvarın 26-dək qüvvədə olacaq. Həmin tarixədək testlərdən keçməyən şəxslər yanvarın 27-dən fevralın 7-dək sərt karantin rejimi ilə barışmalı olacaqlar və evlərini tərk etməyə icazə verilməyəcək.

Qeyd edilməlidir ki, Slovakiyada ötən ilin sonlarında bir neçə dəfə kütləvi testlər həyata keçirilib. Bu testlərin nəticəsi Həkimlər Palatası və bir sıra səhiyyə təşkilatları tərəfindən tənqidə məruz qalıb. Tənqidçilər hökuməti bütün ölkə üzrə əsas etibarilə sağlam insanları kütləvi testlərə cəlb etməkdə və onsuz da ağır vəziyyətdə olan səhiyyə sisteminə bu testlər vasitəsilə əlavə yük yaratmaqda ittiham edibdilər. Qeyd edilib ki, həmin testlərin əvəzinə diqqət risk qrupuna daxil olan şəxslərə və yoluxma ocaqlarına yönləndirilməli, səhiyyə sisteminin bütün qüvvələri isə qarşıdakı vaksinasiya kampaniyasına hazırlanmalıdır.

 


19 Apr 2024
Dünya

Qazaxıstan və Qırğızıstan prezidentləri müttəfiqlik əlaqələrinin genişləndirilməsi barədə razılıq əldə ediblər

Qazaxıstan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev və Sadır Japarov Astanada “Müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi və genişləndirilməsi haqqında” Saziş imzalayıblar.

19 Apr 2024
Dünya

Türkiyə XİN İsraillə İrana çağırış edib

Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İranı daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.

19 Apr 2024
Dünya

Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO

Pakistanın paytaxtı Kəraçidə baş verən partlayış nəticəsində azı üç nəfər xəsarət alıb.

19 Apr 2024
Dünya

Türkiyədə çökən qızıl mədənində ölənlərin sayı artdı - FOTO

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəninin yerləşdiyi geniş ərazidə torpaq sürüşməsi zamanı itkin düşən doqquz işçidən daha birinin cəsədi tapılıb.

19 Apr 2024
Dünya

Rusiya Dnepropetrovsk vilayətini atəşə tutdu: Ölən və yaralananların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.