Güləş millilərimizin ilin ilk yarışında iştirak edəcək heyəti - ADLAR

Güləş millilərimizin ilin ilk yarışında iştirak edəcək heyəti - ADLAR
14 Yan 2021 14:48


Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə 47-ci Qran Pri yarışında iştirak edəcək millimizin heyəti müəyyənləşib.

realpress.az-ın əldə etdiyi məlumata görə, ilin ilk yarışında yalnız sərbəst güləş və yunan-Roma güləşi üzrə millilərimiz iştirak edəcək. Bu yarışda mübarizə aparmayacaq qadın millimiz isə yanvarın 20-dək Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirəcək.

Beləliklə, güləş millilərimiz 21 idmançı ilə fransalı Olimpiya çempionu Anri Deqlanın xatirəsinə həsr olunan turnirdə mübarizə aparacaq. Bunlardan 11-i sərbəst, 10-u yunan-Roma güləşi üzrə millimizin üzvləridir. Sərbəst güləş üzrə millimiz 10 çəki dərəcəsindən 6-da, yunan-Roma güləşi üzrə yığmamız isə 9-da təmsil olunacaq. Olimpiya, dünya və Avropa çempionu Şərif Şərifov Cəbrayıl Həsənovun karyerasını bitirməsindən sonra ilk dəfə bu yarışda sərbəst güləş üzrə millinin kapitanı qismində çıxış edəcək.

Sərbəst güləş üzrə millimiz

57 kq – Mahir Əmiraslanov, İslam Bazarqanov, Georgi Edişeraşvili

65 kq – Əli Rəhimzadə

70 kq – Turan Bayramov

74 kq – Hacımurad Hacıyev, Coşqun Əzimov, Hacımurad Ömərov

86 kq – Əbubəkr Abakarov, Osman Nurməhəmmədov

97 kq – Şərif Şərifov

Yunan-Roma güləşi üzrə millimiz

60 kq – Murad Məmmədov

63 kq – Murad Bazarov

67 kq – Namaz Rüstəmov, İslambəy Dadov

72 kq – Ülvi Qənizadə

77 kq – Sənan Süleymanov

82 kq – Rafiq Hüseynov

87 kq – İslam Abbasov

97 kq – Murad Lokyayev

130 kq – Sabah Şəriəti

Qeyd edək ki, sərbəst güləş millimizin aparıcı üzvlərindən Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ötən ay Fərdi Dünya Kubokunda aldığı qabırğasındakı zədə səbəbindən bu yarışda iştirak edə bilməyəcək. Həmçinin, yunan-Roma güləşi üzrə millimizin dünya və Avropa çempionu Eldəniz Əzizliyə də istirahət verilib.


16 Apr 2024
İdman

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

16 Apr 2024
İdman

Olimpiadaya lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

Honkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində qalib gələrək tarixi uğura imza atan Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Vətənə dönüb.

15 Apr 2024
İdman

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci “Kelechek” beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar.

15 Apr 2024
İdman

Bakı kəndləri birinciliyində iki günə 400 cüdoçu yarışdı - FOTO

Cüdo üzrə Bakı kəndləri birinciliyinin qaliblərininə Bakı Abadlıq Xidməti tərəfindən Azərbaycan istehsalı olan, keyfiyyətinə görə son illər gənclər arasında çox populyarlaşan “İSMA BİKES” velosipedləri və pul mükafatları təqdim olunub.

15 Apr 2024
İdman

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurublar - YENİLƏNİB + FOTO

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.