Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu müəyyənləşib.
söhbət 25 yaşlı hərbi qulluqçu Mirzəyev Şirzad Mirzə oğlundan gedir. Şəhidimiz bu gün Göygöl rayonunda yerləşən Şəhidlər Xiyabınında dəfn edilib.
Ş. Mirzəyev Murov dağında, Ömər aşırımı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. Ailəli olan şəhidin 1 qız övladı var.
Qeyd edək ki, Müdafiə Nazirliyinin itkin düşmüş hərbçilərlə bağlı yaydığı məlumatda Ş. Mirzəyevin də adı var.
Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb.
Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.
Şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.