Prezident İlham Əliyev Əhməd İsmayılovun Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilsin”.
Qeyd edək ki, Əhməd İsmayılov daha əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru işləyib.
Azərbaycan Prezidenti İlham Əliyev indoneziyalı həmkarı Coko Vidodoya başsağlığı məktubu ünvanlayıb.
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli sənət xadimləri - şair Xurşidbanu Natəvan, bəstəkar Üzeyir Hacıbəyli və opera müğənnisi Bülbülün büstlərinin Şuşaya qaytarılması və şəhərin ölkənin mədəniyyət paytaxtı elan edilməsi əlamətdar bir tarixi hadisədir.