Vətən müharibəsinin iştirakçısı: “Şükür Həmidov yanımızda şəhid oldu” - FOTO

Vətən müharibəsinin iştirakçısı: “Şükür Həmidov yanımızda şəhid oldu” - FOTO
12 Yan 2021 16:21


44 günlük Vətən müharibəsinin iştirakçılarından biri də Lənkəran rayonunun Səpnəkəran kəndindən olan 24 yaşlı Məcidzadə Tural Xudaverdi oğludur. 

T. Məcidzadə sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsindən könüllü olaraq döyüşlərə qatılıb. O, yanvarın 10-da xidmətdən tərxis edilərək ailəsinin yanına qayıdıb. Qəhrəmanımız bu müddət ərzində keçdiyi döyüş yolu barədə saytımıza danışıb.

T. Məcidzadə müharibədə kəşfiyyat bölüyündə xidmət etdiyini bildirir: “Oktyabrın 2-dən Füzuli rayonu uğrunda döyüşlərə qatılmışam. Daha sonra Cəbrayıl, Qubadlı rayonu uğrunda döyüşlərdə də iştirak etmişəm. Ali Baş Komandanın sərəncamına uyğun olaraq, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişəm.

Müharibə bitdikdən sonra Şuşa şəhərində və Xocavənddə xidmət etmişəm. Döyüşlərdə yüngül xəsarətlər almışam. Ağır yaralı olmadığıma görə döyüşlərə davam etmişəm”. 

T. Məcidzadə Qubadlının azad edilməsi uğrunda şəhid Milli Qəhrəmanımız Şükür Həmidovla birgə döyüşdüyünü bildirib: “Şükür Həmidov bizim yanımızda şəhid oldu. Biz tapşırığa əsasən Mahmudlu kəndində mühüm təpənin alınması uğrunda hücuma keçəcəkdik. Bu zaman Şükür Həmidov erməni mərmisindən şəhid oldu. Onun nəşini əsgər yoldaşlarımızla birgə götürüb aidiyyəti üzrə təhvil vermişik. Həmin döyüşdə digər şəhidlərimiz, yaralılarımız oldu. Ancaq buna baxmayaraq biz o təpəni ala bildik. Çünki həmin təpəni götürəndən sonra digər ərazilərə nəzarət edə bilərdik. Cəbrayılda “Avtovağzal” adlanan ərazidə döyüşə girmişdik. Ermənilər üç istiqamətdə hücuma keçmişdi. Biz onların qarşısını aldıq”. 

T. Məcidzadə ailəlidir və 11 aylıq körpəsi var. Ailəli olmasına baxmayaraq döyüşlərə qatılmağın onun üçün şərəf məsələsi olduğunu vurğulayıb: “Mən 2016-cı ilin aprel döyüşlərində də Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsində iştirak etmişəm. Daha sonra isə Goranboy və Tərtər istiqamətində döyüşmüşəm. Hazırda isə ən böyük arzum daxili işlər orqanlarında fəaliyyətimi polis kimi davam etdirməkdir”.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.