30 il sonra ata yurduna qayıdan mayor: “Düşmən kəndimizi yerlə-yeksan edib” - FOTO

30 il sonra ata yurduna qayıdan mayor: “Düşmən kəndimizi yerlə-yeksan edib” - FOTO
12 Yan 2021 15:41


44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Azərbaycan Ordusunun cəsur oğulları illər sonra doğma ata-baba yurdlarına girən ilk həmvətənlərimiz olub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad edərək, ata-baba yurdunu ziyarət edən hərbi qulluqçularımızdan biri də mayor Rövşən Heydərovdur.

Mayor Rövşən Heydərov 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. Uzun illərdir hərbi sahədə çalışan R.Heydərov peşəkar kadr kimi yetişib və bir çox ölkələrdə müxtəlif təlimlərdə iştirak edib.

realpress.az-ın əməkdaşı ilə söhbəti zamanı o, 19 ildir Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyini deyib:

“Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırıqları ilə illər sonra öz doğma torpaqlarını düşmən işğalından azad etdi. Bizim ordumuz bu döyüşlərlə tarix yazdı. Mən Aprel döyüşlərində də iştirak etmişdim. İkinci Qarabağ müharibəsi başlayanda təlimata uyğun olaraq, mən döyüşlərə Füzulinin azad olunması istiqamətindən başladım. Daha sonra düşmənə layiqli cavab verə-verə digər istiqamətlərə doğru irəlilədik”.

R.Heydərov əslən Cəbrayıl rayonunun Soltanlı kəndindəndir. O deyir ki, ata-baba yurdunun düşmən tərəfindən dağıdıldığını görmək çox kədərlidir:

“Biz əslən Cəbrayıldanıq. Döyüşlər zamanı Cəbrayıl, Qubadlı, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Cəbrayılın işğaldan azad olunması xəbərinə valideynlərim çox kövrəldilər. Ata yurdum işğal olunanda mənim yaşım az olub. 30 il sonra öz kəndimizə ayaq basan ilk azərbaycanlılardan biri oldum. Valideynlərimlə danışdım, onların tərif etdikləri istiqamətə gedib, həmin ərazini tapdım. İndi orada daş-daş üstündə qalmayıb, amma vaxtilə burada bizim yuvamız, evimiz olub. Ermənilər nəinki rayonda, heç bizim kənddə də salamat yer qoymayıblar”.

Əsgər yoldaşlarının bizə verdiyi məlumata görə, mayor R.Heydərov Qubadlıda Yazı düzündə gedən döyüşlərdə kontuziya alsa da, geri çəkilmir və Şuşaya qədər silah yoldaşlarının yanında, çiyin-çiyinə döyüşür:

“Bu döyüşlərdə şəhidlərimiz də oldu, qazilərimiz də. Döyüş meydanında yaralı halda döyüşən hərbçilərimiz çox idi. Torpaqlarımızın azad olunması, qələbə qazanmağımız o qədər gözəl hissdir ki, heç kim yaralandığı üçün geridə qalmırdı. Hər kəsin amalı bir idi: qələbə bizim olmalıdır, vəssalam. Odur ki, şükür Allaha qələbə qazandıq. Hər şey yaxşıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, mayor Rövşən Heydərov “Azərbaycan bayrağı” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


26 Yan 2021
Hərbi

İşğaldan azad edilən Qubadlının daha bir kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb. 

26 Yan 2021
Hərbi

Azərbaycan və Rusiya pirotexnikləri nə qədər ərazini minalardan təmizləyib? - FOTO/VİDEO

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

26 Yan 2021
Hərbi

“YAŞAT”ın rəhbəri: “Yaxın günlərdə şəhid ailələrinin istehlak kreditləri bağlanacaq”

Şəhid ailə üzvlərinin istehlak kreditlərinin silinməsi ilə bağlı danışıqlar artıq yekun mərhələdədir.

26 Yan 2021
Hərbi

İlham Əliyevdən Rəşad Nəbiyevlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Rəşad Nəbi oğlu Nəbiyevin “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

26 Yan 2021
Hərbi

Xocavənddə zərərsizləşdirilən erməni terrorçuları mövqe qurmağa cəhd ediblər - RƏSMİ

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə tutulan 62 erməni terrorçusundan söz açıb.