Bir ailədən müharibəyə gedən beş nəfər - FOTO

Bir ailədən müharibəyə gedən beş nəfər - FOTO
12 Yan 2021 11:00


44 günlük Vətən müharibəsinə ailəliklə qatılan soyadlardan biri də Həşimovlardır. Lənkəran rayonunun Boladı kəndindən olan bu ailənin beş üzvünün qələbədə payı var.

Birinci Qarabağ müharibəsində də iştirak edən Fikrət və Araz Həşimovlara Vətən müharibəsində qardaşı oğlanları Qalib, Alim və Taleh Həşimovlar da qoşulub. Həşimovların dördü hərbi pilotdur, biri isə Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə sistemində xidmət edib.  

Bu barədə “Qafqazinfo”ya ailə üzvlərini ön cəbhəyə yola salan Mirəsgər Həşimov danışıb: 

“İki qardaşım, üç oğlum milli ordumuzun zabitləridir, hər biri mayor rütbəsindədir. Qardaşlarım Araz və Fikrət Perm Hərbi Aviasiya Məktəbini bitiriblər. Oğlanlarım da əmilərinə baxıb pilot peşəsini seçiblər. Onlar hələ uşaq ikən göydə uçan təyyarələrə maraqla baxırdılar, deyirdilər ki, Fikrət və ya Araz əmi uçur. Biz də böyüyüb təyyarə idarə edəcəyik.

Mən onların qarşısını kəsmədim. Dedim əgər təyyarəçi olmaq istəyirsinizsə, gedin olun. Əgər Vətənə onlardan bir xeyir gələrsə, niyə də olmasın? Qardaşlarım yük təyyarəsi idarə ediblər və müharibədə ordunun təminatında iştirak ediblər. Oğlanlarım Qalib və Taleh qırıcı təyyarə pilotlarıdır. Alim isə Hava Hücumundan Müdafiə sistemində xidmət edir. Ölkəyə düşmən tərəfindən atılan raketlərin zərərsizləşdirilməsində onun böyük rolu olub”. 

Fotoda: Taleh Həşimov

Mirəsgər Həşimov deyir ki, hər üç oğlu Heydər Əliyev adına Hərbi Təyyarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Akademiyada öyrəndikləri və təcrübələri onlara döyüşdə böyük uğur qazandırıb. Taleh Həşimov “Azərbaycan bayrağı” ordeni, Suqovuşan, Kəlbəcər və Cəbrayılın azadlığı uğrunda medalları ilə təltif olunub. Araz Həşimov da xidmətlərinə görə Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalına layiq görülüb. 

Onların döyüşdə qazandıqları nailiyyətlərdə həm də Vətənə olan sonsuz sevgilərinin payı var. Qalib əsgərləri Boladı kənd əhalisi böyük təntənə ilə qarşılayıb:   

“Mən bu qalibiyyətə çox sevinirdim. Bunu sözlə ifadə etmək çətindir. Taleh “Azərbaycan bayrağı” ordeninə layiq görülmüşdü. Onun düşmənin məhv edilməsində böyük rolu olub. Prezident də onun şücaətini qiymətləndirib. Ona bir neçə günlük məzuniyyət vermişdilər və kəndə gəlmişdi. İnanın, heç bir dəqiqə istirahət edə bilmədi, hamı onu ziyarətə gəlirdi. Zarafatla deyirdi ki, müharibə bundan rahat idi.

Ümumiyyətlə, Həşimovları rayon, kənd elə təntənə ilə qarşıladı ki, bundan qürur keçirməmək mümkün deyil. Şəhidlərimiz oldu, kəndimiz də 3 şəhid verdi. Allah onların hər birinə rəhmət eləsin. Mən fəxr edirəm ki, mənim oğullarımın, qardaşlarımın da şəhidlərin qanının yerdə qalmamasında rolu oldu”.

Fotoda: Fikrət Həşimov

Fotoda: Qalib Həşimov

Fotoda: Alim Həşimov


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.