Deputat şəhid məzarlarına görə etiraz etdi, məsələ həllini tapdı

Deputat şəhid məzarlarına görə etiraz etdi, məsələ həllini tapdı
12 Yan 2021 10:43


Deputat Fatma Yıldırım Bərdədə şəhid məzarlarına baş daşlarının qoyulmamasına etiraz edib.

realpress.az-ın xəbərinə görə, bununla bağlı deputat Fatma Yıldırım (Bərdəni təmsil edən deputat) “Facebook” hesabında yazıb.

“Torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş Bərdə rayon şəhidlərimizin dəfn olunduqları Şəhidlər Xiyabanını bir daha ziyarət etdik. Onlar canlarını fəda edərək xalqımıza böyük qələbə sevinci yaşatdılar və illərdir həsrətini çəkdiyimiz torpaqlara bizi qovuşdurdular. Qəhrəmanlıq salnaməsi yazaraq, öz şücaətləri ilə şəhidlərimizin hər biri bir dastana döndü”, - deyə F.Yıldırım bildirib.

Deputat əlavə edib ki, bununla belə Vətən müharibəsində şəhid olmuş oğullarımızın baş daşlarının hələ də qoyulmaması onu çox məyus edib.

Deputat bununla bağlı məsələyə aydınlıq gətirilməsi üçün Bərdə Rayon İcra Hakimiyyətinin rəhbər heyəti ilə Şəhidlər Xiyabanına birgə baxış keçirib. O, işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

“Bizə verilən məlumata görə, yaxın günlərdə işlər yekunlaşacaq və eyni zamanda Şəhidlər Xiyabanında geniş abadlıq işləri də aparılacaq”, - deyə F.Yıldırım məlumat verib.  

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Bərdə Şəhidlər Xiyabanında 44 günlük Vətən müharibəsində şəhid olan şəxslərə baş daşlarının qoyulmaması etirazla qarşılanıb.



25 Apr 2024
Cəmiyyət

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

25 Apr 2024
Cəmiyyət

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib

Malıbəylidə ən azı altı nəfərə aid olduğu ehtimal edilən sümük fraqmentləri aşkar edilib.

25 Apr 2024
Cəmiyyət

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək.

25 Apr 2024
Cəmiyyət

Bu gün Xalq artisti Həmidə Ömərovanmın doğum günüdür - VİDEO

Bu gün Xalq artisti, professor Həmidə Ömərovanın doğum günüdür.

25 Apr 2024
Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb.