Şəhid yoldaşlarının qisasını alaraq verdiyi vədi yerinə yetirən qəhrəman - VİDEO

Şəhid yoldaşlarının qisasını alaraq verdiyi vədi yerinə yetirən qəhrəman - VİDEO
11 Yan 2021 09:06


Vətən müharibəsində şücaət göstərən hərbçilərimizin fədakarlıqları xalqımızın yaddaşında əbədi olaraq qalacaq.

“Report”un Cənub Mərkəzi xəbər verir ki, Lənkərandan ərazilərimizin bütövlüyü uğrunda döyüşlərə qatılan vətənpərvər gənclərimizdən olan 24 yaşlı Ramin Rəvvaq Rauf oğlunun qəhrəmanlığı da yaddaşlardan silinməyəcək.

Ramin Rəvvaq Lənkəran şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Texnologiya Universitetini bitirib.

Qırx dörd günlük Vətən Müharibəsinin ilk günlərindən Füzuli şəhərindən Şuşayadək şanlı döyüş yolu keçib. Bu günlərdə Ramin Rəvvaq da ordudan tərxis olunaraq doğmalarına qovuşub. Onun Lənkərana qayıdışı rayonda əsl bayrama çevrilib.

Digər müharibə qəhrəmanları kimi onun da ilk ziyarət etdiyi məkan torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin uyuduğu məzarlıq olub.

Ramin Rəvvaq ağır döyüşlərdə şəhid olan yoldaşlarının qisasını alacağına söz verib. Vəd verib ki, ağır döyüşlərdə sağ qalsa, müharibədən sonra ziyarət edəcəyi ilk yer şəhidlərimizin uyuduğu məzarlıq olacaq. Belə də edib. Ağır döyüşlərdə şəhid yoldaşlarının qisasını alan Ramin Lənkəranda uyuyan Vətən müharibəsi qəhrəmanlarının məzarlarını ziyarət edib.

Qeyd edək ki, Vətən müharibəsi qəhrəmanı Ali Baş Komandan tərəfindən bir neçə medala layiq görülüb.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.