Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
realpress.az-a daxil olan məlumata görə, bununla bağlı Nazir Vilayət Eyvazov əmr imzalayıb.
Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.
Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.
Müdafiə Nazirliyi Füzuli rayonunun Xələfşə kəndindən görüntülər yayıb.
Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) təklifi ilə xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün 25 bal müəyyənləşdirilib.
Goranboy rayonunda silah-sursat tapılıb.