Daxili İşlər Nazirliyinin əməkdaşı şəhid olub.
Bu barədə DİN-in rəsmi “Facebook” səhifəsidə məlumat yerləşdirilib.
“Baş leytenant Kazımov Kamran Qurbanəli oğlu 07.12.1990-cı ildə Rusiya Federasiyasının Voloqda vilayətində doğulub.
05.10.2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə həlak olub. Evli idi, iki övladı var”.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.