Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO

Ərdoğan Makrona Azərbaycan Prezidentinin tövsiyəsi ilə cavab verdi - VİDEO
04 Dek 2020 16:35


“Əziz qardaşım İlham Əliyevin Fransaya bir tövsiyəsi var. O deyib ki, erməniləri bu qədər sevirlərsə, Marseli onlara versinlər. Mən də eyni məsləhəti verirəm”.

“HaberGlobal”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məscid muzeyində çıxış edərkən bildirib.

O, həmkarı Emmanuel Makronu Fransanın başına bəla adlandıraraq, onun rəhbərliyi altında ölkənin çox təhlükəli dövr yaşadığını vurğulayıb.

“Ümid edirəm ki, Fransa Makron bəlasından qurtaracaq. “Sarı jiletlər” “qırmızı jiletlər”ə çevrilə bilər. İdarə olaraq hansı qərarı verəcəklərini görəcəyik”, - deyə o bildirib.

R.T.Ərdoğan, həmçinin, Minsk Qrupunun Qarabağ məsələsində vasitəçilik roluna toxunub və qeyd edib ki, Fransa artıq vasitəçilik rolunu itirib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev  Fransa Senatının  Dağlıq Qarabağın “müstəqilliyini tanıması” ilə əlaqədar hökumətə çağırışına münasibət bildirərkən, Parisə “çox istəyirsə, Marseli ermənilərə vermələrini” təklif etmişdi.

24 Apr 2024
Siyasət

İlham Əliyev: “Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”

“Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir”.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib.

24 Apr 2024
Siyasət

Xəzərdə HDQ və FHN-in birgə taktiki təlimi keçirilir - FOTO

Aprelin 24-də Xəzər dənizinin ərazi sularında Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) “Dalğa-2024” birgə taktiki təlimi keçirilir.

24 Apr 2024
Siyasət

Alimlər Günəşdə çox güclü partlayış qeydə alıblar

Astronomlar aprelin 23-nə keçən gecə olduqca nadir günəş püskürməsini qeydə alıblar.

24 Apr 2024
Siyasət

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb.