Müflis elan edilmiş sığorta şirkəti üzrə zərər çəkmiş şəxslərə kompensasiya ödənişi edilib

Müflis elan edilmiş sığorta şirkəti üzrə zərər çəkmiş şəxslərə kompensasiya ödənişi edilib
04 Dek 2020 16:31


Müflis elan edilmiş “Standart Insurance” sığorta şirkəti üzrə 3 min 400 zərərçəkənə kompensasiya ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan realpress.az-a verilən məlumata əsasən, qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə mindiyi gündən başlayıb.

Ötən 55 iş günü ərzində zərərçəkən fiziki və hüquqi şəxsə kompensasiya ödənişi həyata keçirilib. Ödənişlərin toplam məbləği təqribən 3 milyon 330 min manat təşkil edib.

Qeyd edək ki, İcbari Sığorta Bürosu “Standard Insurance” Sığorta Şirkəti ilə bağlanan son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə bağlı ödənişlərin həyata keçirilməsini davam etdirəcək.

Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə Alfa Sığorta şirkətinin iflası nəticəsində qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 min manat kompensasiya ödənişi həyata keçirilmişdir.

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.