Pakistandan dünyaya çağırış

Pakistandan dünyaya çağırış
04 Dek 2020 10:44


Pakistan Baş naziri İmran Xan yoxsul ölkələrin borclarının pandemiyanın sonuna qədər dayandırılmasını və bunun nəticələrini aradan qaldırmaq üçün bir sıra digər addımların atılmasını təklif edib.

bu barədə o, BMT Baş Məclisinin koronavirusla mübarizə üzrə xüsusi iclasında deyib.

“Birincisi, aşağı gəlirli və ən imkansız ölkələr üçün pandemiyanın sonuna qədər borc ödənişlərinin dayandırılmasıdır. İkincisi, ən az inkişaf etmiş ölkələrin borclarının silinməsi”, - deyə pakistanlı nazir bildirib.

Bununla yanaşı, o təklif edib ki, digər inkişaf etməkdə olan ölkələrin dövlət sektoru borcları razılaşdırılmış formada, hərtərəfli çoxşaxəli əsasda yenidən qurulsun və 500 milyard dollar məbləğində xüsusi kredit çəkmə hüquqları ayrılsın.

Xan eyni zamanda, kasıb ölkələrin insanlarına ucuz qiymətə qısamüddətli kreditlər verəcək beynəlxalq mexanizm yaratmağı da təklif edib. Onun fikrincə, inkişaf etməkdə olan ölkələrdən kütləvi miqdarda qanunsuz vəsait axını dayandırılmalı və korrupsioner siyasətçilər və cinayətkarlar tərəfindən oğurlanan vəsaiti bu dövlətlərə qaytarmaq üçün təcili tədbirlər görülməlidir.

28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.