Vilayət Eyvazovdan işğaldan azad olunmuş rayonlara komendant TƏYİNATI

Vilayət Eyvazovdan işğaldan azad olunmuş rayonlara komendant TƏYİNATI
03 Dek 2020 15:16


İşğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Azərbaycan Respublikasının Prezidentin imzaladığı Fərmana uyğun olaraq, Daxili İşlər Nazirliyi müvafiq ərazilərin müvəqqəti komendantlarını təyin edir və müvəqqəti komendantlıqların fəaliyyətini təşkil edir.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrlərinə əsasən, Laçın Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçın rayonuna, Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonuna komendant təyin ediliblər. 

Şöbələrin şəxsi heyəti müvafiq rayon sakinlərinin sıx məskunlaşdıqları bölgələrdə fəaliyyətlərini davam etdirməklə yanaşı, işğaldan azad edilmiş rayonlarda xidmətə cəlb ediliblər.

20 Apr 2024
Siyasət

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlərin dövlətin diqqət mərkəzində olduğundan xəbər verir və eyni zamanda da bu işlərin yüksək səmərəlilik və keyfiyyət göstəricilərinə uyğun həyata keçirilməsi üçün ən güclü stimul rolunu oynayır. Dövlət başçısının hər belə səfəri regional və ölkə əhəmiyyətli obyektlərin açılış və ya təməlqoyma mərasimləri ilə müşayiət olunur. O cümlədən aprelin 16-da Hacıqabul rayonuna səfəri çərçivəsində cənab Prezidenti İlham Əliyev yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub”.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib.