Döyüşlərdə yaralanan qazi Elçin Səmədov Bakıda əməliyyat edilib.
Bununla bağlı məlumat sosial şəbəkədə yayılıb.
Qeyd edilib ki, E. Səmədovun ürəyində baş tutan əməliyyat uğurla yekunlaşıb.
Xatırladaq ki, Suqovuşan kəndində baş verən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərərək ürək nahiyəsindən ağır yaralanıb.
O, bir neçə gün öncə yaşadığı Qəbələ rayonundan Bakıya göndərilib və Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib.
Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.
Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.
İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.