Azad olunan torpaqlar ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcək - VİDEO

Azad olunan torpaqlar ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcək - VİDEO
02 Dek 2020 16:57


Ötən gün Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibəti ilə xalqa müraciətində bir çox məsələlərə, xüsusilə də Azərbaycanın işğaldan azad edilən ərazilərinin ən qabaqcıl standartlara uyğun yenidən bərpa ediləcəyinə diqqət çəkib. 

Millət vəkili Jalə Əliyeva məsələ ilə Baku TV-yə müsahibəsində bildirib ki, Laçın dəhlizinin yenidən inşa edilməsinə ehtiyac var. İnsanların orada əmin-amanlıq, sülh şəraitində yaşaması üçün artıq tikinti işləri başladılıb. 

Bu gündən Azərbaycan üçün yeni dövr başlayır - quruculuq, inkişaf, azad edilmiş ərazilərimizin bərpası dövrü. Əlbəttə Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcək. 

Dövlət başçısının yeni strateji yanaşması bölgədə yeni reallıq yaradacaq ki, bu da regionda hərtəfəli inkişafa səbəb olacaq. 

Prezident İlham Əliyev 44 günlük müharibə ərzində, bütün dövrlərdə göstərdiyi prinsipiallığı, yenilməz iradəsini bir daha nümayiş etdirdi, Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.