Hulusi Akardan Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzi ilə bağlı daha bir AÇIQLAMA - VİDEO

Hulusi Akardan Qarabağda Türkiyə-Rusiya Ortaq Mərkəzi ilə bağlı daha bir AÇIQLAMA - VİDEO
02 Dek 2020 15:39


Türkiyə Milli Müdafiə Maziri Hulusi Akar Ermənistan-Azərbaycan atəşkəsi üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Mərkəzinin müzakirəsindən danışıb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Hulusi Akar Türkiyə-Rusiya Ortaq Mərkəzinin qurulması və vəzifə prinsipləri üçün imzalanan müqavilə ilə bağlı açıqlama verob:

“İndi ərazidə inşa işləri aparılır. Dostlarımız çox qısa müddətdən sonra orada işlərinə başlayacaqlar. Türkiyə və Rusiya generalları birlikdə çalışacaqlar. Atəşkəsə riayət olunmasını təmin edəcək və atəşkəsin qalıcı olması üçün səy göstərəcəklər”.

Türkiyəli nazir Azərbaycan və Ermənistan arasında atəşkəsin icrasına müşahidə və nəzarət etmək üçün 11 noyabrda Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə videokonfrans yolu ilə bir anlaşma memorandumu imzaladıqlarını da xatırladıb:

“Nazir müavinimiz həmsöhbətimizlə bunun texniki detallarını müzakirə edib. Razılaşma əldə edilib. Orada müştərək müşahidə mərkəzinin yaradılması üçün yazılı bir maneə olmadı.

Bundan əlavə, azərbaycanlı qardaşlarımızla təlim və təcrübə üzrə işlərimiz də davam edir.

Ümid edirəm, qardaşlarımıza bacardığımız köməyi edəcəyik və haqlı işdə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik. Buna heç kim şübhə etməsin”.

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.