Bayden ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu təsdiqləyib

Bayden ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu təsdiqləyib
02 Dek 2020 15:20


Demokrat Co Bayden gələcək administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının  üzvlüyünə qayıtması üzərində işləməyə hazır olduğunu təsdiqləyib.

Siyasətçi müvafiq açıqlamanı “The New York Times”a müsahibəsində verib.

Seçiləcəyi təqdirdə ABŞ-ın İranla nüvə anlaşmasında iştirakına qayıtması mövqeyinə sadiq qalıb-qalmadığı barədə suala Bayden belə cavab verib:

“Bu, asan olmayacaq, amma, bəli”.

O, Tehranın nüvə inkişafına nəzarət edəcək bir razılaşmanı bölgədə sabitliyin təmin edilməsi üçün ən yaxşı vasitə hesab etdiyini vurğulayıb.

“Əks təqdirdə Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və regionda digər ölkələrin nüvə silahı yaratmağa çalışacağı bir vəziyyət yarana bilər. Dünyanın bu hissəsində nüvə potensialını artırmaq istədiyimiz ən son şeydir”, - deyə o bildirib.

25 Apr 2024
Dünya

Çində daşqınlar son 100 ilin ən böyük fəlakətlərindən biri oldu - VİDEO

Çinin 127 milyon əhalisi olan Quandun əyalətindəki daşqın son 100 ilin ən böyük ikinci təbii fəlakəti hesab olunub.

24 Apr 2024
Dünya

Ərdoğan Almaniya Prezidenti ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank Valter-Ştaynmayerlə görüşüb.

24 Apr 2024
Dünya

Samir Abasov İspaniyaya gedib, mütəxəssisin Xavi ilə görüşü nəzərdə tutulub

İspaniyada səfərdə olan "Sumqayıt" klubunun baş məşqçisi Samir Abasovun "Barselona"nın "sükanı arxasında" olan Xavi Ernandeslə görüşü nəzərdə tutulub.

24 Apr 2024
Dünya

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda 4,4 maqnitudalı zəlzələ olub.

24 Apr 2024
Dünya

Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.