İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır

İranda koronavirusa yoluxanların sayı 1 milyona çatır
02 Dek 2020 14:43

İranda ötən sutka ərzində 13 621 nəfər koronavirusa (COVID-19) yoluxub.

bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 989 572 nəfərə çatıb. Virus daşıyıcılarından 5 828 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 362 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 48 990 nəfərə yüksəlib.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 688 054 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 6,21 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi hazırda İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı, 106 rayonun isə sarı zona olduğunu bildirib.


28 Mar 2024
Dünya

Tokayev Çinə səfər edib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Boao Asiya Forumunun (BAF) 23-cü sessiyasında iştirak etmək üçün Çinə səfər edib.

28 Mar 2024
Dünya

Yük gəmisinin çırpıldığı körpüdə ölənlərin sayı açıqlandı

ABŞ-ın Merilənd ştatının Baltimor şəhərində körpünün uçması nəticəsində 6 nəfərin öldüyü təsdiqlənib.

28 Mar 2024
Dünya

Rusiyanın şərqində güclü qum fırtınası - FOTO/VİDEO

Rusiyanın Amur vilayətində, Çin-Monqolustan sərhədi yaxınlığında güclü qum fırtınası yaşanıb.

28 Mar 2024
Dünya

Peruda güclü zəlzələ olub

Peruda 5,3 maqnitudalı zəlzələ olub.

28 Mar 2024
Dünya

Fransada həyəcan təbili: Silah ehtiyatı azalır

“Fransanın raket və sursat ehtiyatı çox zəifdir”.