“Koronavirusa yoluxanların 80 faizi xəstəliyi yüngül simptomlarla keçirə bilirlər”.
realpress.az-ın müxbirinin verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, bəzi insanlar özlərini evdə müalicə edirlər:
“Bu, çox təhlükəli haldır. Test nəticələri pozitiv olanlar yaşadıqları evi tərk edirlər. Onlar özlərini evdə izolyasiya etməlidirlər. Təəssüf ki, bir ilə yaxın müddətdir ki, bu xəstəliyin effektiv müalicəsi yoxdur”, - deyə o qeyd edib.
Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Zaqatala Suvarma Sistemləri İdarəsinin inzibati binasında Zaqatal, Balakənvə digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mustafa ilə telefon danışığı aparıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə “Xəzər səması-2024” hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.