II Qarabağ Müharibəsində Ermənistan qanunsuz silahlandırılıb - ŞƏRH

II Qarabağ Müharibəsində Ermənistan qanunsuz silahlandırılıb - ŞƏRH
02 Dek 2020 14:11


İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikanın dəyəri Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Konvensional Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini kobudcasına pozduğunu və limitdən artıq silah və hərbi texnikaya malik olduğunu aydınlaşdırdı.

Bu məsələni İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Museyibov şərh edib.

Onun sözlərinə görə, cəmi 716 milyon ABŞ dolları həcmində hərbi büdcəyə malik olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla izah olunmur.

Belə ki, 2,32 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək üçün yetərli deyil. Bu isə bir daha ötən 30 il ərzində Ermənistanın qanunsuz formada və əvəzi ödənilmədən silahlandırılması faktına diqqət çəkir. Təsadüfi deyil ki, əvəzi ödənilmədən Ermənistana verilən hərbi texnika və vasitələr sonradan bu ölkənin sərvətlərinin üçüncü tərəflərə güzəştə gedilməsinə də səbəb olub.

Belə ki, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarında da qeyd olunduğu kimi “dalanda dirənmiş” bu ölkə enerji, nəqliyyat, logistik və kritik infrastrukturunun fəaliyyəti üzrə üçüncü ölkələrdən tamami ilə asılı vəziyyətə düşüb.

Müharibənin elə ilk günündən etibarən “Hayastan” və digər fondlar vasitəsi ilə Ermənistan üçün “humanitar yardım” toplanması da bu ölkənin resurs müharibəsindəki zəifliyinə nümunədir. Bu, həm Ermənistanın Azərbaycanla müharibə aparma potensialının olmamasını, həmçinin adi şərtlər altında bu ölkənin heç bir müstəqil iqtisadi və hərbi gücə malik olmadığını göstərir.

Qeyd edilib ki, cari il üzrə iqtisadiyyatının 7 faizlik geriləmə proqnozuna malik, hərbi məğlubiyyətə uğrayan, ciddi ərzaq təhlükəsizliyi problemi, demoqrafik böhran yaşayan, pandemiyanın tüğyan etdiyi və hazırda davam edən siyasi böhran Ermənistan üçün yaxşı gələcək vəd etmir. 200 milyon ABŞ dolları civarında yığılan “humanitar fond”, müxtəlif ölkələrin maddi yardımları da “tarixinin ən fəlakətli günlərindən biri”ni yaşayan ölkə üçün kifayət etməyəcək.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.