Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO

Ən böyük arzusuna çatan şəhidimiz - VİDEO
02 Dek 2020 09:29


Vətən müharibəsində şücaət göstərən hərbçilərimizdən biri də Aqil Quliyev olub. Əslən Ağdamdan olan Aqil Quliyevin ailəsi Bərdə rayonunda məskunlaşıb.

Baku TV-nin çəkiliş qrupu həmin ailənin qonağı olub.

Vüsalə ananın gözünü yolda qoyan Aqilin cəmi 20 yaşı olub. Amma qəhrəmanımızın Vətən uğrunda yaşadıqlarını sadalasaq, 20 vərəq nədir, kitablara sığmaz.

Valideynləri deyir ki, Aqil uşaqlıqdan torpağına, yurduna, bayrağına vurğun olub. Bu sevgisi o qədər güclü olub ki, həqiqi hərbi xidmət keçdikdən sonra hərbçi kimi yolunu davam etdirib.

Aqil Quliyev Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Alınmaz qala sayılan Şuşamızın işğaldan azad edilməsində də payı olub. Amma yüksək qayalara mərdi-mərdanə dırmaşan Aqilə bu ağır savaşdan özəl pay düşüb. Müqəddəs şəhidlik zirvəsinə yüksəlmək qismət olub Aqil Quliyevə...

Aqil özü də atasına ən ümdə arzusunu deyibmiş. Oğul itkisinə üzülən ata-ana eyni zamanda “başımız ucadır” deyərək övladları ilə qürur duyurlar. Həm də Aqilin arzusunun çin olmasına görə sevinirlər.

Aqil Quliyevin qardaşı da hərbidə xidmət edir. İndi Quliyevlər ailəsi mümkün olan ən qısa zamanda Ağdama dönməyi planlaşdırırlar. 20 yaşlı şəhid qəhrəmanımızın rahatlamış ruhunun pərvaz etdiyi yerə!

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.