İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”

İtalyan senator: “Azərbaycan haqlı tərəfdir”
01 Dek 2020 13:33


İtaliyanın “Radio Radicale” radiosu ilə “Vento & Associati” beyin mərkəzinin təşkil etdiyi “Dağlıq Qarabağda sülh: Diplomatik atəşkəs və ya davamlı sülh” adlı tədbirdə çıxış edən İtaliya Parlamentində “İtaliya Qardaşları” partiyasından olan senator, İtaliya Senatının xarici əlaqələr daimi komissiyasının üzvü Adolfo Urso bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Ermənistandan 250 min və Azərbaycan ərazilərindən isə 750 min olmaqla ümumilikdə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi məlumat yayıb.

“Beynəlxalq ictimaiyyət tərəfindən, xüsusilə də ATƏT-in Minsk Qrupunun daxilində Azərbaycanın işğal edilmiş ərazilərinin mərhələli şəkildə qaytarılmasını, Dağlıq Qarabağla Ermənistan arasında dəhlizin təmin olunmasını, eləcə də Dağlıq Qarabağın statusunun müəyyən edilməsini ehtiva edən həll variantı hazırlansa da, təəssüf ki, Ermənistan bu həll variantından imtina etmiş və yalnız müharibənin nəticəsi olaraq Ermənistan bu həllin həyata keçirilməsinə məcbur edilmişdir”, - deyə senator qeyd edib.  

İtalyan parlamentari vurğulayıb ki, Qafqazda son müharibə sülhün olmamasının dramatik nəticəsidir. Əgər Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri dönməsinə mane olmasaydı müharibə baş verməzdi.

“Bu münaqişədə BMT qətnamələri və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycan haqlı tərəfdir”,-  deyə senator bildirib. 

19 Apr 2024
Siyasət

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib.

19 Apr 2024
Siyasət

Mikayıl Cabbarov “Uğur yolu” proqramının final mərhələsinin açılışında iştirak edib - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Uğur yolu” karyera inkişafı proqramının yekun mərhələsinin açılışında iştirak edib.

19 Apr 2024
Siyasət

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edib (FOTO)

Xəbər verildiyi kimi, Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri davam edib.

19 Apr 2024
Siyasət

Leyla Əliyeva poeziya gecəsində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva şairə, publisist Nigar Həsənzadənin poeziya gecəsində iştirak edib. 

19 Apr 2024
Siyasət

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.