28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEOREPORTAJ

28 ermənini məhv edən şəhidin atası: “Oğlumun ölümünə inanmadım, elə bilirəm, işdədir” - VİDEOREPORTAJ
01 Dek 2020 12:29


“Mən Laçına getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım”.

Bunu İkinci Qarabağ Müharibəsində iştirak edən, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fərid İlyasovun anası Bəsirə İlyasova deyib.

Şuşa uğrunda gedən döyüşlərdə bir saat ərzində 28 ermənini öldürən F.İlyasov ailəsinə vətəni onlardan çox istədiyini deyib:

Anası Bəsirə İlyasova deyir ki, hər gecə Fərid üçün dua edir:

“Həmişə deyirdi ki, ana inciməyin, mən vətəni sizdən çox istəyirəm. Birinci vətən, sonra ata ilə səni sevirəm. Mən Laçına, o torpaqlara getsəm, heç olmasa bilərəm ki, istədiyimin birini itirib, birini tapdım. Hər gecə dua edirəm ki, Fərid yuxuma gəlsin, amma gəlmir”.

Şəhidin atası İbad İlyasov deyir ki, ürəyimə dammışdı ki, oğlum şəhid olub:

“Axşam evdə oturmuşduq. Fəridin babası ilə icra nümayəndəsi gəlib dedi ki, oğlun yaralanıb. Yenə inanmadım... Bu gün də inanmıram ki, oğlum şəhid olub, elə bilirəm ki, Naxçıvanda işdədir”.

16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.