Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO

Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb - VİDEO
30 Noy 2020 16:04


Dövlət Turizm Agentliyi işğaldan azad edilən Şuşanın gəzməli-görməli yerləri haqqında video çarx hazırlayıb.

Agentlikdən realpress.az-a verilən məlumata əsasən, Çarxda Şuşanın səfalı yerləri, o cümlədən tarixi Şuşa qalası, şair, istedadlı rəssam və xeyriyyəçi Xan qızı Xurşudbanu Natəvanın evi, Şuşa şəhərinin mərkəzi meydanında inşa edilmiş Yuxarı Gövhər ağa məscidi, mərkəzdən 150 metr məsafədə yerləşən Aşağı Gövhər ağa məscidi, Daşaltı dərəsindəki “Çətir şəlaləsi”, XVIII əsrdə bir əkinçi tərəfindən aşkarlanan İsa bulağı, cıdır yarışlarının təşkil edildiyi və Novruz bayramlarının keçirildiyi Cıdır düzü haqqında məlumatlar təqdim olunub.

Agentliyin sədri Fuad Nağıyev Şuşanı təbiəti, tarixi, mədəniyyəti, memarlığı ilə Qarabağın turizm mərkəzi kimi səciyyələndirib:

“Şanlı ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmanlıq dastanı yazaraq düşmən işğalından azad etdiyi Şuşanın gəzməli-görməli yerlərini təqdim edirik”.

Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

24 Apr 2024
Cəmiyyət

Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, qumbaraatan və qumbaralar tapıblar.

24 Apr 2024
Cəmiyyət

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

24 Apr 2024
Cəmiyyət

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib.

24 Apr 2024
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

 Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

24 Apr 2024
Cəmiyyət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.