Azərbaycanda bank müştərilərinin sayı azalsa da, hesabların sayı artıb

Azərbaycanda bank müştərilərinin sayı azalsa da, hesabların sayı artıb
27 Noy 2020 15:37


Azərbaycanda müştərilərin bank hesablarının sayı və tərkibi açıqlanıb.

realpress.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, noyabrın 1-nə olan göstəricilərə əsasən müştəri hesablarının sayı 8 milyon 850 min olub. Bank müştərilərinin sayı ötən ayın göstəriciləri ilə müqayisədə 1,1 faiz azalıb.

Müştərilərin 98,7 faizini fiziki şəxslər təşkil edib ki, onların da 4,3 faizi sahibkarlıqla məşğul olan şəxslərdir. Hüquqi şəxslər isə bank müştərilərinin 1,3 faizini təşkil edib.

Bank müştərilərinin sayının azalmasına baxmayaraq, oktyabr ayı ərzində bank hesablarının sayı 20 milyon 825 min olub. Ötən aya nisbətən bank hesablarının sayı 0,9 faiz artıb.

Müştəri hesablarının 85,3 faizini cari hesablar, 12,9 faizi kredit hesabları, 1,9 faizini isə depozit hesabları təşkil edib.

Nigar Məmmədova  

13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.