XİN rəhbəri: “Fransadan beynəlxalq hüquqa ciddi riayət etməsini gözləyirik”

XİN rəhbəri: “Fransadan beynəlxalq hüquqa ciddi riayət etməsini gözləyirik”
25 Noy 2020 13:09


Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. 

Xarici İşlər Nazirliyinin (XİN) göndərdiyi məlumata əsasən, bu sözüləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibəsi zamanı jurnalistin münaqişə zamanı Fransanın bitərəf qalması ilə bağlı sualını cavablandırarkən deyib.

“Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda”, - deyə C.Bayramov qeyd edib.

Jurnalistin Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər sualını isə nazir Ceyhun Bayramov belə cavablandırıb:

“Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur”.

29 Mar 2024
Siyasət

Ankarada Azərbaycan Evi açılıb

Ankarada Keçiören Bələdiyyəsinin nəzdində yerləşən Esterqon Muzeyində Azərbaycan Evi açılıb.

29 Mar 2024
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

29 Mar 2024
Siyasət

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

29 Mar 2024
Siyasət

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər - VİDEO

Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri Sahibə Qafarova və Alen Simonyan mayın ortalarında növbəti görüşlərini keçirəcəklər.